Ukraynanın Xerson vilayətində azərbaycanlı iş adamı Vüqar Nuruşuvun qtəli ilə bağlı cinayət işi çərçivəsində bir nəfər saxlanılıb.
V. Nuruşovun qardaşı İlqar Nuruşov APA-ya bildirib ki, saxlanılan şəxs milliyyətcə erməni, ehtiyatda olan milis generalı, iş adamı Luqasyanın mühafizəçisi, Ukrayna vətəndaşı, 22 yaşlı Rostislav Brinskidir. Xerson polisi tərəfindən saxlanılan R. Brinski ilkin ifadəsində V. Nuruşovu öldürdüyünü etiraf etsə də, cinayətin digər iştirakçılarının və sifarişçinin kimliyini hələ ki etiraf etməyib. İstintaq davam edir.