İsrail dövlətinin terrorçuluqla mübarizə bürosu ölkədə payız aylarındakı tətil günləri zamanı əhalinin səfər etməkdən çəkinməli olduğu ölkələrin siyahısını açıqlayıb.
APA-nın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan İsrail xalqı üçün potensial təhdidin davam etdiyi ölkə kimi qeyd olunub. Bu siyahıda Türkiyənin də adı var.