Cümə axşamı günü, 05 noyabr 2026
     

"Mehriban Əliyeva insanlığın xidmətində..."

Image


Pakistanın milyonlarla oxucusu olan nüfuzlu "Daily Times" qəzetinin 2015-ci il 25 avqust tarixli buraxılışında qəzetin İslamabad baş ofisinin rəhbəri, tanınmış jurnalist Dure Nəcəf Zaidinin "Hilal-e-Pakistan ordeninə layiq görülmüş Mehriban Əliyeva insanlığın xidmətində" adlı məqaləsi dərc edilib.

Azərbaycanın Pakistandakı Səfirliyindən Trend-ə bildiriblər ki, "2015-ci il fevralın 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva Pakistanın "Hila-e-Pakistan" ali ordeni ilə təltif edilib. İlk dəfədir ki, xarici ölkənin birinci xanımı bu ali ordenə layiq görülüb" sözləri ilə başlayan məqalədə Mehriban Əliyevanın tanınmış ziyalı ailəsində böyüdüyü, valideynlərindən insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi öyrəndiyi vurğulanır.

Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun rəhbəri kimi xeyriyyəçilik ilə məşğul olduğu, Azərbaycan mədəniyyətini dünyada təbliğ etdiyi diqqətə çatdırılır.

Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən birinin uşaq problemlərinin həlli olduğunu bildirən D.N.Zaidi Fond tərəfindən yüksək standartlara cavab verən Respublika Talassemiya Mərkəzinin, məktəb və xəstəxanaların inşa olunduğunu, insulin və qanköçürmə proqramlarının həyata keçirildiyini qeyd edir. Bildirilir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə bir sıra ölkələrdə uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımlar edilib, əlil uşaqların cəmiyyətə inteqrasiya olunması üçün proqramlar həyata keçirilib.

Məqalədə, həmçinin Mehriban Əliyevanın mədəniyyətin inkişafına verdiyi töhfələrdən danışılır, onun dəstəyi ilə inşa edilmiş Muğam Mərkəzi, konsert zalları, musiqi liseyləri, Niaqarada muğam günləri, Qəbələ musiqi festivalı, Vivaldi və Gerşvinin musiqi kompozisiyalarının ifaları, Strasburq kafedral kilsəsinin bərpası, Luvr muzeyində İslam incəsənət mərkəzinin təsis edilməsi və Versal sarayında təmir-bərpa işlərinin aparıldığı qeyd olunur.

Yazıda Mehriban xanım Əliyevanın 2004-cü ildə Azərbaycan folkloru və musiqi irsinin inkişafında xidmətlərinə görə UNESCO-nun, 2006-cı ildə isə həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə İSESCO-nun xoşməramlı səfiri titullarına layiq görüldüyü bildirilir.

Pakistanlı jurnalist məqaləsində bütün dinlərin nümayəndələrinin ölkəmizdə mehriban şəraitdə yaşadığını bildirərək vurğulayır ki, Azərbaycanın birinci xanımı dinlərarası dialoq mövzusunda keçirilmiş bir çox beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısıdır. Mehriban Əliyeva "Azərbaycan Tolerantlığın Evidir” proqramı çərçivəsində Azərbaycanda bir sıra müsəlman, katolik və ortodoks dini məbədlərin yenidən qurulması və bərpasının təşəbbüskarı, həmçinin icraçısı olub.

Müəllif Fondun diqqət mərkəzində olan idman sahəsinə də xüsusi yer ayıraraq yazır ki, Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan birinci xanım Mehriban Əliyevanın nüfuzu sayəsində 2003, 2004 və 2005-ci illərdə gimnastika üzrə dünya çempionatları Bakıda keçirilib. Yazıda, həmçinin Mehriban Əliyevanın bu ilin iyununda Azərbaycanda keçirilmiş birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etdiyi bildirilir, bu tədbirin Azərbaycanın birinci xanımının idmanın inkişafına verdiyi töhfələrin kulminasiyası olduğu qeyd edilir. Oxucunun diqqətinə çatdırılır ki, Azərbaycana təşrif buyurmuş on minlərlə turist və idmançı bu tədbirin ən yüksək səviyyədə təşkil olunmasından heyranlıqla danışıblar.

Yazıda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə, həmçinin mədəniyyət, təhsil və səhiyyənin inkişafı istiqamətində fəaliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyevanın Heydər Əliyev ali ordeni ilə təltif olunduğu bildirilir. Pakistanlı jurnalist Azərbaycanın birinci xanımının Avropanın ən mötəbər mahnı müsabiqəsi olan "Eurovision-2012”nin Bakıda keçirilməsinə rəhbərlik etdiyini də yada salır. Bildirir ki, ölkəmizə gəlmiş on minlərlə xarici qonaq Azərbaycan xalqının qonaqpərvərliyi ilə yanaşı, yüksək səviyyədə təşkil olunmuş müsabiqədən çox razı qalıb.

Dure N.Zaidi Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyətinin 2005-ci ildə baş vermiş zəlzələdən sonrakı dövrə təsadüf etdiyini qeyd edərək yazır: 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən qızlar məktəbi inşa edilib və 2012-ci ildə orada əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra Pakistan dövlət rəsmilərinin təşəbbüsü və qərarı ilə məktəbə Mehriban Əliyevanın adı verilib.

Jurnalist 2012-2015-ci illərdə də Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün bölgələrində səhiyyə, təhsil və humanitar sahələrdə bir sıra layihələrin icra edildiyini bildirərək vurğulayır ki, Edhi Home kimsəsizlər evlərində, Peşavər Akbar Care serebral iflic institutunda, Lakki Marvat uşaq və qadın hospitalında hepatit B virusuna qarşı peyvəndləmə, müayinələr və açıq ürək əməliyyatları aparılıb, Saif Fonduna maddi yardımlar olunub. Eyni zamanda, Həmzə xeyriyyə fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş təcili tibbi yardım avtomobili və minlərlə qanköçürmə paketi hədiyyə edilib, Xayber Paxtunkva Göz Klinikasının yeni blokunun və gözləmə otaqlarının, həmçinin İslamabad Talassemiya Mərkəzinin tikintisinə maliyyə və texniki yardım göstərilib.

Məqalədə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2012-2015-ci illərdə Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələrinin təşkil edildiyi, həmçinin Lakki Marvat bölgəsində və zəlzələdən zərər çəkmiş Bəlucistanda, Lahor, İslamabad, Ravalpindi və Fayzalabad şəhərlərində Qurban bayramı münasibətilə yüzlərlə qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqələrinə paylandığından bəhs olunur.

Vurğulanır ki, 2014-cü ildə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Dera İsmail Xan bölgəsində "Heydər Əliyev Su Təchizatı”, 2015-ci ildə isə Qucarxanda "20 Yanvar Şəhidlər su təchizatı" layihələri həyata keçirilib və bunun nəticəsində ərazidə yaşayan on minlərlə insan içməli su ilə təmin olunub.

Mehriban Əliyevanın Pakistandakı fəaliyyətinin iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirən jurnalist qeyd edir ki, Pakistan xalqı və dövləti bütün bunları yüksək qiymətləndirir. Pakistan Prezidenti Məmnun Hüseynin Sərəncamı ilə Mehriban Əliyeva "Hilal-e-Pakistan" ordeni ilə təltif olunub. Bundan əlavə, Azərbaycanın birinci xanımı 2012-ci ildə "2012-ci ilin qadını - Humanizm Simvolu", 2013-cü ildə isə "Şəhid Benazir Bhutto Qadın Mükəmməlliyi" mükafatlarına layiq görülüb.

Məqalədə o da qeyd olunur ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dünya mədəni irsinin qorunub saxlanılması istiqamətində gördüyü işlərə görə Fransa, Serbiya, Rusiya, Kanada, Polşa və Küveyt dövlətlərinin, Dünya Səhiyyə Təşkilatının orden və medalları ilə təltif olunub.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.

http://www.dailytimes.com.pk/national/25-Aug-2015/mehriban-aliyeva-hilal-e-pakistan-recipient-serving-humanity

http://www.dailytimes.com.pk/E-Paper/lahore/2015-08-25/page-3



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ