Türkiyənin Artvin bölgəsi son 50 ilin ən böyük təbii fəlakətini yaşadı. Yağan aramsız yağışların selə dönməsi nəticəsində 8 nəfər həyatını itirdi, 17 nəfər yaralandı, bir azyaşlının isə nə ölüsündən, nə də dirisindən xəbər var. Baki-xeber.com-un DHA-ya istinadən xəbərinə görə, bu fəlakətin ardından meteoroloqlar daha bir sel xəbərdarlığı ediblər. Belə ki, bu gün bölgədə 3 saat aramsız yağış yağacağı gözlənir. Meteoroloqlar 1 saat ərzində yağan yağışın 4 aylıq normanı təşkil etdiyini bildirir.
Qeyd edək ki, srağagün axşam saatlarında bölgədə başlayan güclü yağış gecə boyu davam etdiyindən ətraf qəsəbələri sel basıb, Rizə, Artvin, Sarp sərhəd qapısı ilə əlaqə kəsilib. Nəticədə 8 nəfər ölüb, 17 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bir uşaq isə itkin düşüb və axtarışları davam edir.