Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanın şimal və cənub zonasında əmlak alan əcnəbilərin şübhəli say artımı...

Image


Ölkədə daşınmaz əmlakın qiymətində xeyli ucuzlaşma qeydə alınsa da, hələ də istənilən aktivlik müşahidə olunmur. Hesab olunur ki, potensial alıcılar gözləmə mövqeyində olduğundan, mənzil və ya digər daşınmaz əmlak alışına tələsmirlər. Bu fonda maraq doğuran məqamlardan biri isə ölkə xaricində ev, kommersiya obyekti alan soydaşlarımızın sayında qeydə alınan artımlardır.
Ümumiyyətlə, son illərdə xaricdə daşınmaz əmlak alan soydaşlarımızın sayı çoxalmaqdadır. Əvvəlki kimi isə bu sırada əsas yeri Türkiyə, Rusiya, Avropa dövlətləri tutur. Məsələn, təkcə ötən ay Azərbaycan vətəndaşları Türkiyədən 68 mənzil alıb.
Türkiyə Statistika Qurumunun yaydığı məlumatda bildirilir ki, cari ilin 7 ayında isə azərbaycanlılara türklər 458 ədəd mənzil satıb. Qeyd edək ki, Türkiyə daxilində mənzil satışları 2015-ci ilin iyul ayında keçən ilin analoji dövrünə nisbətən 13,5% artaraq 96589 ədəd olub. Bu isə son beş ayın ən aşağı satış rəqəmləridir. İyulda Türkiyədən ən çox mənzili İraq, Səudiyyə Ərəbistanı və Rusiya Federasiyasının vətəndaşları alıb. Qeyd edək ki, Azərbaycan bu sırada 9-cu yerdə qərarlaşıb. Amma soydaşlarımız təkcə Türkiyədə ev almır. Yuxarıda qeyd olunduğu kimi, MDB, Avropa ölkələrində də ev alanların sayı kifayət qədərdir. Araşdırmalar göstərir ki, Azərbaycan vətəndaşları üç səbəbdən xaricdə ev alırlar. Birinci səbəb istirahətlə bağlıdır. Bura əsasən Türkiyə, Bolqarıstan, Gürcüstan aiddir. İkinci səbəb kapitalın yerləşdirilməsidir. Bura həm Türkiyə, eyni zamanda Böyük Britaniya, Almaniya, Çexiya və digər ölkələr daxildir. Üçüncü səbəb mənzil alınan ölkədə daimi yaşayış yerinin alınmasıdır. Məsələn, Macarıstanda və Portuqaliyada müəyyən məbləğə ev alanda daimi yaşayış yeri statusu verilir. Bu da vətəndaşın Şengen zonası birbaşa çıxışı deməkdir. Qərbi Avropada vətəndaşlarımızın ən çox üz tutduğu yer Böyük Britaniya və İspaniyadır. Ekspertlər azərbaycanlıların xaricdə daşınmaz əmlak sahibi olması hallarının hələ bundan sonra da artan xətt üzrə gedəcəyini proqnozlaşdırır. Amma xaricdə evi təkcə yaşamaq üçün almırlar. Orda əmlakın icarəsi yaxşı qazanc gətirir. Məsələn, Türkiyədə 70 minlik əmlak 10-12 faizlik illik gəlir vəd edir. Amma icarə bazarında qazanc hər yerdə eyni deyil. Dubay, Türkiyə və Bolqarıstanda il ərzində əmlakın dəyərinin 10-12 faizi, Almaniyada 3-4 faizi qədər pul götürmək olar. Onu da qeyd edək ki, xaricdə qiymətlərin aşağı olması ilə yanaşı, bəzi ölkələrin alıcıları cəlb eləmək üçün burdan ev alanlara müxtəlif güzəştlər etməsi də bu məsələdə az rol oynamır. Məsələn, Türkiyədə əcnəbilər üçün daşınmaz əmlak almaq məhdudiyyətinin aradan qaldırılması ölkənin turizm bölgələrində, eləcə də böyük şəhərlərdə inşa olunmuş minlərlə lüks mənzilin satılmasına imkan verib.
Bir məqamı da qeyd edək ki, xaricilərin də Azərbaycanın daşınmaz əmlak bazarına marağı artır. Belə ki, ötən il Azərbaycanda xarici ölkə vətəndaşlarına məxsus əmlakların sayı kəskin artaraq 2 850-yə çatıb. Bu, 2013-cü illə müqayisədə 53% çoxdur. Ümumilikdə, son 3 ildə ölkəmizdə xaricilərə məxsus əmlakların sayı 2 dəfədən çox artıb.
Maraqlıdır ki, xarici vətəndaşlar üçün Azərbaycanda əsas əmlak bazarı artıq Bakı deyil, regionlardır. Getdikcə daha çox xarici vətəndaş Azərbaycanın regionlarında əmlak almağa başlayıb. Ötən il xaricilərə məxsus olan 2 850 əmlakdan 1812-si və ya hər 3 əmlakdan 2-si regionların payına düşüb. Xaricilər ən çox cənub, Quba-Xaçmaz və Zaqatala-Balakən zonalarından əmlak almağa üstünlük verir. Belə ki, əcnəbilərə məxsus əmlakların sayına görə Bakıdan sonrakı yeri Cəlilabad, Lənkəran və Xaçmaz rayonları tutur. Azərbaycanda xaricilərin üstünlük verdiyi əmlakların növündə də dəyişiklik var. Belə ki, bir il əvvələ qədər ölkəmizdə xaricilərə məxsus ən çox əmlak mənzillər olduğu halda, hazırda torpaq sahələri daha böyük yer tutur. Əcnəbilərə məxsus əmlakların 1 275-i və ya təqribən 45%-i məhz torpaq sahələridir. Sonrakı yerləri mənzillər tutur. Paytaxtdan başqa, xaricilərin ən çox mənzil aldığı bölgələr Sumqayıt, Gəncə və Xaçmazdır. Xaricilərə məxsus torpaq sahələrinin isə böyük hissəsi Cəlilabaddadır.
Sonrakı yerləri Lənkəran, Şəmkir və Şirvan tutur. Xarici ölkə vətəndaşları Azərbaycanda ən çox fərdi evi Bakıda alıblar - 71 ev. Fərdi evlərin sayına görə sonrakı yeri Quba-Xaçmaz (və Zaqatala-Balakən zonaları tutur. Kommersiya obyektlərinə gəlincə, xaricilərə məxsus qeyri-yaşayış sahələrinin böyük hissəsi Bakıda yerləşir. Qarşıdakı müddət ərzində isə Azərbaycanda daşınmaz əmlak alan xaricilərin sayında daha böyük artım gözlənir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ