Türkiyənin cənub-şərqində - Qars vilayətinin Sarıqamış adlanan ərazisində Bakı-Tiflis-Ərzurum qaz xəttinin keçdiyi yerdə partlayış baş verib. Bu barədə baki-xeber.com yerli KİV-ə istinadən xəbər verir. "Çox güman, hücumun hədəfi Türkiyənin bu ərazidən keçən qaz xətti olub”- deyə xəbərdə bildirilir. Pozuculuq işinin təşkilində Kürdüstan Fəhlə Partiyası (PKK) şübhəli bilinir. Hücumda 20-yə yaxın yaraqlının iştirak etdiyi ehtimal olunur. Əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub, xəttə qaz nəqli dayandırılıb. İnsident rayonu jandarma qüvvələri və hərbçilər tərəfindən nəzarətə götürülüb. Yaraqlılarla atışma çıxdığı xəbər verilir.
Qeyd edək ki, son bir ayda PKK-nın törətdiyi silahlı toqquşma və hücumlarda onlarla polis məmuru və hərbçı həyatını itirib.