Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, S.Çətin konstitusion quruluşu pozmaqda ittiham olunur. Xatırladaq ki, son günlər Türkiyənin bəzi bölgələrində bələdiyyə sədrlərinə qarşı həbs əməliyyatı başladılıb. Həbs olunanların hamısı PKK-ya yaxınlığı ilə tanınan Demokratik Bölgələr Partiyasının (DBP) üzvləridir. DBP bir neçə vilayətin "müstəqilliyi”ni elan edib. Partiya bəyan edib ki, valilik, məhkəmə, prokurorluq, polis kimi yerli qurumların legitimliyini tanımır və bu səbəbdən öz paralel strukturlarını yaradır.