Papua Yeni Qvineya polisi 54 nəfəri hannibalizm ittihamı ilə həbs edib. Bu barədə baki-xeber.com lenta.ru saytına istinadən xəbər verir. Xəbərdə bildirilir ki, 35 orqan əməkdaşı saxlanma yerində qalaraq cinayət yerində təhqiqat aparır. Onlar iki həftəlik xüsusi əməliyyatda kənd əhalisinin də izahatının alınmasını planlaşdırır.
Yerli polisin açıqlamasına görə, bu məişət hannibalizmidir. Bildirilir ki, İnsanların başının kəsilməsi qədim dini rituala əsaslanır. Belə səsli-küylü olaylardan biri 25 iyul tarixində baş verib. Polisin bildirdiyinə görə, cinayətkarlar 3 nəfərin başını kəsərək magik ritualda istifadə etmək üçün özləri ilə aparıblar.