Türkiyənin şimal-şərqindəki Artvin şəhərində yağıntının həddindən artıq yağması sel fəlakətilə nəticələnib. Sel suları ümumilikdə 8 nəfərin həyatına son qoyub, 2 nəfər isə, cəsədi tapılmadığından, itkin düşmüş sayilir. Bu barədə baki-xeber.com Türkiyə mətbuatına istinadən xəbər verir. Vilayət başçısı Kəmal Ciritin sözlərinə görə, sel suları bir binanın çökməsinə səbəb olub.
Meteoroloqlar Türkiyənin şimal-şərqində yağışlı havanın 3 gün davam edəcəyini bildirir.