Dünən Akademik Milli Dram teatrında Xalq artistləri Ramiz Məlikovla Ramiz Novruz arasında insident yaşanıb. Bu barədə baki-xeber.com "Aznyus”a istinadən xəbər verir. Bildirildiyinə görə, Teatrın direktoru ilə konfliktdə olan Ramiz Məlikova Ramiz Novruzun ikincinin tərəfini tutması xoş gəlməyib. Sonradan söz atışması böyüyərək davaya keçib.
Qeyd edək ki, bu yaxınlarda Ramiz Məlikov ürək əməliyyatı keçirib. Aktyorların müdaxiləsi nəticəsində onun Ramiz Novruzov tərəfindən döyülməsinin qarşısı alınıb. Bununla belə, onun sifəti göyərib, paltarları isə cırılıb. Teatra polis çağırılıb və hər iki xalq artisti 27-ci polis bölməsinə aparılıb. Xəbərə görə, onlar arasında konflikt xeyli vaxtdır davam edir.