Baki-xeber.com-un RİA "Novosti” Agentliyinə istinadən xəbərinə görə, Mahaçqalada atışma nəticəsində üç nəfər yaraqlı məhv edilib. Bu barədə "İnterfaks”a güc strukturlarından bildiriblər. İnsident dünən gecə 03:00 radələrində Mahaçqalanın Yeni Xuşet rayonunda baş verib. Dəmiryolu keçidində federal qüvvələrin əməkdaşları Lada Priora avtomobilini saxlamaq istəyib, bu zaman avtomobildəkilər atəş açıb. Cavab atəşilə banditlər məhv edilib, bir nəfər OMON-çu yaralanıb.
Mahaçqalanın Lenin rayonunda bu gün səhər saatlarında baş verən atışmada hüquq-mühafizə orqanlarının əməkdaşladrı tərəfindən zərərsizləşdirilən 3 nəfərdən birinin Mahaçqaladaki bandit qrupunun lideri olduğu bəlli olub. Bu, 1985-ci il təvəllüdlü, Əbu Həfs ləqəbli Qurbanov Abdul Maqovedoviçdir.
Qeyd edək ki, atışmada öldürülən qrupun digər üzvlərinin də kimliyi təsbit olunub.
.