Səudiyyə Ərəbistanı silahlı qüvvələrinin 18-ci briqada komandiri, general-mayor Abdurahman Saad əş-Şabani dünən səudiyyə mövqelərinin atəşə tutulması zamanı həlak olub. Bu barədə Saudi Press Agency krallığın müdafiə nazirliyinə istinadən xəbər yayıb.
General müfəttişlərlə atəş bölgəsinə gəlib. Ağir yaralanan əş-Şabani dərhal hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, üsyançı husilər Səudiyyə Ərəbistanı sərhədlərini Ər-Riyad və onun müttəfiqlərinin Yəmənin devrilmiş prezidenti Mənsur Hadini dəstəkləməsinə görə vaxtaşırı atəşə məruz qoyur. Belə ki, 2014-cü ildə hakimiyyətdən narazı husilərin onu devirib payaxt Sənanı ələ keçirməsindən sonra Mənsur Hadi 2015-ci ildə Səudiyyə Ərəbistanına qaçıb. Mart ayının axırlarında səudiyyəlilərin başçılıq etdiyi koalisiya Hadini hakimiyyətə qaytarmaq üçün husilərə qarşı genişmiqyaslı əməliyyata başlayıb. Nəticədə yüzlərlə yəmənli həyatını itirib.
baki-xeber.com