Təəssübkeş oxucularımızın qəzetimizə verdiyi məlumata görə, artıq bir müddətdir ki, bəzi «üzdəniraq» qəzetlər baki-xeber.com saytının materiallarını istinad etmədən, yazıların müəlliflərini dəyişərək, tam fərqli imzalarla səhifələrində çap edirlər.
Biz belə media orqanlarını heç vaxt izləmədiyimiz üçün diqqətli oxucularımızın təqdim etdiyi bir neçə faktı bunun sübutu kimi qəbul etdik.
Baki-xeber.com saytı olaraq, həmin qəzetlərin rəhbərlərinə birinci və sonuncu dəfə xəbərdarlıq edirik ki, bu sayaq qəzetçilik və media fəaliyyətlərinə son qoysunlar. Əks təqdirdə hüquqlarımızı qorumaq üçün məhkəməyə müraciət edəcəyik.
Baki-xeber.com