Roma polisinin antiterror idarəsi ölkədə əcnəbilərlə bağlanan saxta nikahları araşdırmağa başlayıb. Güc strukturunda güman edirlər ki, terrorçu qruplaşma üzvləri bu ad altında ölkəyə daxil ola bilər. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinsdəb bildirir. Xüsusilə bu yöndə fəaliyyət 11 iyul tarixində Qahirədəki İtaliya Konsulluğunda baş verən terror aktından sonra gücləndirilib. Təxminən həmin vaxtlarda bu cür nikahlarla məşğul olan gizli təşkilat iki gəlin "sifarişi” alıb. "Bəy”lərin hər ikisi isə Yaxın Şərq ölkələrindən olub. İstintaq saxta nikahların səbəbini araşdırsa da, məqsədin "İslam dövləti” terror qrupaşmasının üzvlərinin leqallaşdırılması olması yönündə ciddi şübhələr var.