Artıq xəbər verdiyiiz kimi, tanınmış suriyalı arxeoloq-alim Xalid Əsəd 50 illik ömrünü sərf etdiyi Palmirada "İslam dövləti” terrorçu təşkilatının üzvləri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Baki-xeber.com-un "Euronews”a istinadən xəbərinə görə, qətlin təfərrüatları bəlli olub. Belə ki, Suriyanın muzeylər üzrə dövlət departamentinin rəhbəriMaamun Abdul Kərim Xalid Əsədin terroristlərin gəlişindən əvvəl muzey ərazisində gizlədilmiş dəyərli qədim əşyaların yerini onlara göstərməkdən qətiyyətlə imtina etdiyini, məhz buna görə də qətlə yetirildiyini bildirib. O qeyd edib ki, alim onların əlinə bir ay əvvəl keçib:”Mən ona iki ay ərzində yalvardım ki, Palmiranı tərk etsin və ailəsi ilə Dəməşqə gəlsin. O isə etiraz edərək "Mən Palmirada doğulmuşam, Palmirada da öləcəyəm. Buranı heç bir halda tərk etmərəm, qanımın axıdılacağını bilsəm belə” cavabını verdi.”
YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Palmira bu ilin may aynda İŞİD-in əlinə keçib. Suriya dövləti onun da cihadçıların viran qoyduğu qədim İraq abidələrinin taleyini yaşayacağından narahatdır.