Yazıçı Əkrəm Əylisli Sovet dövründə yazılmış, lakin bu yaxınlarda ingilis dilində nəşr olunmuş "İnsanlar və Ağaclar" trilogiyasına görə 2026-cı il Avropa Yenidənqurma və İnkişaf Bankının Ədəbi Mükafatına layiq görülüb. İllik müsabiqənin finalında üç müəllif yarışıb: Əylisliyə Polşa elmi fantastika yazıçısı Yaçek Dukaj "Buz" romanı ilə, Misirli yazıçı Şadi Lüis isə Şərqi Londonda evsizlər sığınacağında işlədiyi şəxsi təcrübəsinə əsaslanan "Qrinviç Xəttində" kitabı ilə qoşulub.
Xatırladaq ki, bir vaxtların görkəmli yazıçısı olmuş Əkrəm Əylisli Azərbaycana nifrət aşılayan, işğalçı erməniləri özlərinin dünyaya sırımağa çalışdığı məzlum obrazında təqdim edən “Daş yuxular” adlı bədnam əsəri ilə Azərbaycandakı imicini yerlə bir etdikdən sonra bütün dövlət mükafatlarından və fərdi təqaüddən məhrum edilib.
SAMİRƏ