Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Finlandiya nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanı ləğv etdikdən sonra Rusiyanın nüvə hədəfləri siyahısına əlavə edilib.
Finlandiyanın nüvə silahlarına qoyulan qadağanı ləğv etmək qərarını X sosial media hesabında şərh edən Medvedev yazıb: "Finlandiya nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanı ləğv etdi. Bu, finlər üçün nəyi dəyişir? Sadəcə kiçik bir şeyi: Ölkə artıq Rusiyanın nüvə hədəfləri siyahısındadır. Sevin, Finlandiya, təhlükəsizliyin zirvəsinə çatmısan".
Finlandiya hökuməti əvvəllər ölkənin nüvə gücünə çevrilməyi və ya sülh dövründə ərazisində nüvə silahı yerləşdirməyi planlaşdırmadığını bildirmişdi. Rusiyanın Helsinkidəki səfirliyi isə Finlandiyada nüvə silahı yerləşdirilməsi ehtimalının belə Moskvanın hərbi planlaşdırmasında nəzərə alınacağını bildirib.
Tahir TAĞIYEV