İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın regional təhlükəsizliyi təmin etmək üçün Fars körfəzi ölkələri ilə əməkdaşlıq ideyasını dəstəklədiyini bildirib.
Press TV-nin məlumatına görə, Əraqçi bu açıqlamanı bazar günü İraq prezidenti Nizar Amedi, İraq Parlamentinin sədri Heybət əl-Halbusi və milli təhlükəsizlik müşaviri Qasim əl-Əraqçi ilə görüşü zamanı verib.
Nəşrin məlumatına görə, Hörmüz boğazının gələcək idarəçiliyindən danışan Əraqçi vurğulayıb ki, İran öz öhdəliklərinə və ABŞ ilə anlaşma memorandumunun müddəalarına uyğun olaraq, "lazımi tədbirləri görəcək və qonşu sahil dövləti kimi Omanla əməkdaşlığı, eləcə də regiondakı digər ölkələrlə dialoqu davam etdirəcək".
SAMİRƏ