ABŞ-İran danışıqlarının növbəti mərhələsinin tarixi müəyyən edilib. Tərəflər arasında danışıqların yeni mərhələsinin 18 iyulda keçiriləcəyi açıqlanıb.
Həm Tehran, həm də Vaşinqton nümayəndələrinin qatılacağı danışıqların yeri ilə bağlı heç bir məlumat paylaşılmayıb.
ABŞ nümayəndə heyətinin dünən Qətərə səfərindən sonra Qətər Xarici İşlər Nazirliyi vasitəçi kimi çıxış edən Qətər və Pakistanın gün ərzində hər iki tərəflə müzakirələr apardığını və ABŞ-la İranın müharibəyə son qoymaq üçün danışıqları davam etdirmək barədə razılığa gəldiyini açıqlayıb.
Tahir TAĞIYEV