İsrail Müdafiə Qüvvələri (İMQ) zərurət yarandıqda müstəqil şəkildə İrana qarşı müharibə aparmağa hazırdır.
İnterfax-ın xəbərinə görə, bu barədə Müdafiə Naziri İsrael Katz cümə günü bildirib.
"İMQ Baş Qərargahı, istənilən təhdidi aradan qaldırmaq üçün, zəruri hallarda, müstəqil şəkildə İrana qarşı İsrail hücumu etməyə hazır olmalıdır", - deyə "The Jerusalem Post" qəzeti nazirin sözlərinə istinadən bildirir.
Katzın şərhi Fələstin HƏMAS qruplaşmasının 7 oktyabr 2023-cü ildə İsrail ərazisinə hücum etməsinin 1000-ci günündə səslənib.
SAMİRƏ