Vaxtilə Türkiyə Milliyyətçi Hərəkat (MHP) partiyasının tanınmış adlarından olan Sinan Oğan ona verilən suala maraqlı cavabı ilə gündəmə gəlib. Facebook-da yayımlanan videoda S.Oğandan “İndi Dövlət Bahçeli (MHP sədri) qarşınızda olsa ona nə söyləmək istərdiniz” sualına cavabında deyib: “Türk Bayrağındakı Türk sözünün çıxarılmasını istəyən biri ilə millətçi bir kəs necə yan-yana gələ bilər? " Qeyd etmək lazımdır ki, vaxtilə Dövlət Bahçelinin partiyasında yer alan Sinan Oğan sonradan partiya ilə yollarını ayırıb. SAMİRƏ