Məhkəmə qərarı ilə CHP rəhbərliyinə gətirilən Kamal Kılıçdaroğlu bu dəfə ona “xain” deyənlərə maraqlı cavabı ilə gündəmə gəlib.
Özünü Qazi Mustafa Kamal Atatürklə müqayisə edən Kılıçdaroğlu çıxışlarının birində deyib ki, vaxtilə böyük Atatürk milli qurtuluş savaşını başlatmaq üçün Samsuna gedərkən boynunda “edam” fərmanı, isminin önündə “xain” damğası vardı.
Tr.Joker adlı sosial media istifadəçisi öz hesabında Kılıçdaroğlunun bu iddiasına cavab verib. O deyib ki, Mustafa Kamal Atatürkə millət xain demədi, kürəyini ingilislərə söykəyən bir paşa xain dedi. Amma sənə millət xain deyir: “Sən hansı haqla özünü Mustafa Kamalla bir tutursan? Mustafa Kamal Atatürk yazdığı və oxuduğu kitablarla tanındı. Geometriyanı türkcəyə çevirən adamdı. İndi Türkiyədə geometriya ilə məşğul olan hər kəs bunun üçün ona borcludur. Sən isə əlindəki mətni belə düzgün şəkildə oxuya bilmirsən...”
Sonda o deyib ki, belə davam edərsə, Kılıçdaroğlu “hələ çox xain damğası yeyəcək”...
SAMİRƏ