Türkiyənin Bodrum şəhərində "Səni şəhərimizdə istəmirik" şüarı ilə Kemal Kılıçdaroğlunu hədəf alan imza kampaniyası başladılıb.
CNN Türk-ün xəbərinə görə, kampaniya ictimaiyyətdə yeni bir siyasi müzakirəyə səbəb olub. Jurnalist Ahmet Hakan "Hürriyet" qəzetindəki köşəsində Kılıçdaroğlunu hədəf alan kampaniyaya reaksiya verərək bunu insanların konstitusiya hüquqlarına müdaxilə adlandırıb.
Eyni zamanda o yazır ki, “Bu tip addımlar heç kimin Kamal Kılıçdaroğluna qarşı çıxmaqdan zövq almasına imkan verməyəcək”.
SAMİRƏ