ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin müdafiə xərclərini bir-bir sadalayaraq sərt tənqid edib. Tramp, Ankara Zirvəsindən əvvəl müttəfiq tərəfdaşlarını küncə sıxışdırmaq üçün müdafiə büdcəsi məlumatlarını sosial mediada paylaşıb.
O, bildirib ki, ABŞ NATO-ya digər ölkələrdən daha çox pul xərcləyir, lakin bundan heç bir fayda əldə etmir.
"ABŞ NATO-nu saxlamaq üçün digər ölkələrdən daha çox pul xərcləyir və bundan heç bir fayda əldə etmir: ABŞ 999 milyard dollar, Böyük Britaniya 90,5 milyard dollar, Fransa 66,5 milyard dollar, İtaliya 48,8 milyard dollar, Polşa 44,3 milyard dollar. Almaniya da daxil olmaqla, digər ölkələr DAHA AZ pul xərcləyirlər. (2014-2025) Cəfəngiyat!" – deyə Tramp paylaşımında bildirib.
Tahir TAĞIYEV