Məhkəmə qərarı ilə CHP sədrliyinə gətirilən Kamal Kılıçdaroğlunun İstanbul Ulus qəbiristanlığında qocaman aktyor Kadir İnanırın dəfn mərasimində fitə basıldığı görüntülər ortaya çıxıb. CHP qərargahından verilən açıqlamada görüntülərin montaj edildiyi bildirilsə də, Kılıçdaroğlunun fitə basıldığını göstərən video dəfələrlə paylaşılıb.
Xəbərə görə, gərginlik ilk dəfə Hərbiyə Muhsin Ərtoğrul səhnəsində İnanırın anım mərasimi zamanı yaranıb. Belə ki, Kılıçdaroğlu adından göndərilən çələng Muhsin Ərtoğrul səhnəsinin girişində qalıb. Bu hadisə ilə bağlı Kılıçdaroğluna yaxın şəxslərdən reaksiyalar olsa da, dəfn mərasimindən olduğu iddia edilən görüntülər dəfələrlə paylaşılıb.
SAMİRƏ