Qüdsdə keçirilən Makkabi Oyunlarının açılış mərasimində İsrailin Baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu ilə baş nazirin protokol heyəti arasında protokol böhranı yaşanıb.
VIP tribunaya keçid zamanı Sara Netanyahu ona gərəkən diqqətin göstəriməməsindən, “qələbəlik içində itib-batmasından” qeyzlənərək Baş nazirlik aparatının işçilərinə qarşı əsəbi davranıb.
Sonra isə o, Baş nazir Netanyahuya “Sənin ucbatından buradakı insanlarla mübahisə etdim. Məni onlarla mübahisə etməyə məcbur etdin”- deyə irad bildirib.
SAMİRƏ