Cənubu Koreyanın müdafiə nazirliyi ştab rəisləri Komitəsi adından KXDR baş qərargahına telefonoqram göndərib. Bu barədə baki-xeber.com "kommersant.ru”saytına istinadən xəbər verir. Xəbərdə bildirilir ki, Cənubi Koreya KXDR-I, silahlı insidentlə situasiyanı gərginləşdirərsə, intiqamın ağır olacağı ilə hədələyib.”Biz Şimali Koreyadan məsuliyyətsiz hərəkətlərinə son qoymasını istədik və aydın şəkildə anlatdıq ki, özünümüdafiə hüququmuzdan istifadə edərək bu hallara sərt qarşılıq verəcəyik, məsuliyyət isə onların üzərində qalacaq. Bizim ordumuz yüksək səviyyədə döyüşə hazır vəziyətdədir və qarşı tərəfin istənilən provokasiyasına layiqli cavabını verəcək”- deyə nazirliyin məlumatında deyilir.
Bundan əvvəl xəbər verilirdi ki, KXDR lideri Kim Çon İn ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirilməsı barədə əmr verib. Əmr dünən iki tərəf arasında artilleriya atəşinin açılmasınin ardından Ali hərbi komitənin Pxenyanda keçirilən iclasında səslənib. Qeyd edək ki, iki ölkə arasında vəziyyət qəfildən gərginləşib. KXDR artilleriyasının Cənubi Koreya ordusunun mövqelərini artilleriya atəşinə tutmasına qarşı tərəf də atəşlə cavab verib. Bu atışma qurbansız ötüşsə də, ekspertlər onun nəticələrinin çox uzağa gedə biləcəyini proqnoz edir. Pxenyan hələ ötən həftə sonu Seulu, sərhədləri yaxınlığında hərbi təlimlər keçirərsə, buna "hərbi fəaliyyətlə” cavab verməklə hədələmişdi.