"İslam dövləti” terror təşkilatı Belçikanı da hədəfləri sırasına daxil edib. Bu barədə baki-xeber.com "İnterfaks” agentliyinə istinadən xəbər verir. Antverpendən cihadşılara qoşularaq terrorşu təşkilatın sıralarında döyüşməyə gedən Abdulla Nuaman daha sonra yaydığı audioyazıda "Belçikanın bütün kitabxanaları, məktəbləri, xəstəxanaları, ticarət mərkəzləri və diskotekaları hədəfimiz olacaq”- deyə bildirir. "Biz bundan sonra günahsız qurbanlar haqqında diskussiyalara əhəmiyyət verməyəcəyik, bütün dinsizlər öləcək. Onlar bizi öldürdüyü kimi biz də onları öldürəcəyik”- bəyanatına münasibət bildirən ekspertlər terrorçunun öz adından danışmadığına, terrorçu qrupun maraqlarını ifadə etdiyinə diqqət çəkir.
Yerli KİV-in xəbərinə görə, Nuaman Belçika islam təşkilatı "Sharia-Belgium”un üzvüdür. Cihadçı özünün İŞİD üzvlərilə bu ilin yanvarında Belçikada həyata keçirmək istədiyi, lakin polisin vaxtında qarşısını aldığı terror aktının hazırlıqlarında bu qrupla şəkdirdiyi şəklini də paylaşıb. Nuaman İŞİD-ə qoşulandan sonra özünə Əbu Cihad əl-Belgiki təxəllüsünü götürüb və 2013-cü ildən Suriyadadır.