İsrail Suriyaya, bu ölkədən atılan raketlər ərazisinə düşərsə, cavabsız qalmayacağı barədə xəbərdarləq edib. Bu barədə baki-xeber.com Frans Press agentliyinə istinadən bildirir. Buna səbəb dünən İsrailin Livan sərhədləri yaxınlığına 4 raketin düşməsi olub. Onlardan ikisi Qolan yüksəkliklərinə, ikisi isə Qalileyə düşüb. İsrail hərbiyyəsi bu snaryadların Suriya istiqamətindən atıldığını təsdiqləyib.
"Bu, İranın maliyyələşdirdiyi Fələstin hərbi islam təşkilatının əməlidir və biz hesab edirik ki, buna cavabdeh Suriya dövlətidir. Biz bunu cavabsız qoymayacağıq”- deyə İsrail ordusunun bəyanatında deyilir.