Bakının Səbail rayonunda intihara cəhd hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Hüseynov Ayaz Fikrət oğlu üzərinə benzin tökərək özünə od vurub. O dərhal hadisə yerində olan şəxslərin köməyilə xəstəxanaya çatdırılıb. Hələlik cəhdin səbəbi bəlli deyil.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.