ABŞ-ın müdafiə naziri Eşton Karterin fikrincə, Türkiyə "İslam dövləti” terrorçu qruplaşmasına qarşı daha aktiv mübarizə aparmalıdır. "Biz istəyirik Türkiyə İŞİD-lə mübarizədə daha çox şey etsin”-deyə brifinqdə bəyan edən müdafiə naziri xatırladıb ki, bu məsələdə İraq və Suriya sərhədləri üzərində nəzarəti gücləndirmək prioritet təşkil etməlidir, çünki terrorçular məhz bu sərhədlər vasitəsilə sıralarına əlavə qüvvələr cəlb edə bilir. Karter onu da bildirib ki, Türkiyə hökuməti hazırda ABŞ-la birlikdə gerçəkləşdirdiyi hərbi hava əməliyyatlarının detallarını müzakirə edir.
Qeyd edək ki, daha öncə Türkiyə ABŞ-ın İŞİD-ə qarşı apardığı əməliyyat zamanı öz hərbi bazalarından istifadə etməsinə razılıq vermişdi. Lakin Pentaqon bu əməliyyatlarda Türkiyənin özünün iştirak səviyyəsini yetərli saymır.