Amerikanın Londondakı səfirliyinin eks əməkdaşına haker hücumlarında mümkün iştirakı ilə bağlı rəsmi ittiham elan olunub. Baki-xeber.com-un Rusiya KİV-nə istinadən xəbərinə görə, bu barədə FTB-nin ABŞ-ın Atlanta ştatında yerləşən şöbəsinin saytında məlumat verilir.
"Biz Maykl Fordun yüzlərlə elektron qutunu sındırdığını, həmçinin qadınları açıq-saçıq şəkillərini yayacağı ilə hədələyərək alçaltdığını ehtimal edirik. Bütün bu ittihamlar isə həqiqətən cinayətkarların günahsız qurbanlar tapmaq üçün internetdən istifadə etdiyini təsdiqləyir”- deyə sayt baş prokuror yardımçısı Lesli Karduelladan iqtibas gətirir. O da bildirilir ki, sözügedən cinayətlərin işləndiyi 2013-cü ilin yanvarından 2015-ci ilin mayına kimi Ford səfirlikdə işləyib və özünün iş kompyuterindən istifadə edib. Özünü qurama bir şirkətin təmsilçisi qismində təqdim edən Ford aldatma yolu ilə qurbanlarının elektron ünvan və parollarını əldə edib. Bundan sonra onların şəxsi informasiyalarına giriş əldə edən fırıldaqçı onları şantaj etməyə başlayıb və bu zaman "harada yaşadıqlarını bildiyini” də onlara xatırlatmağı unutmayıb. FBR-in aşkara çıxardığına görə, qurbanlarının əksəriyyətini o, barələrində yaxınlarına və qohumlarına biabırçı faktlar açıqlayacağı ilə hədələyib.