ABŞ-ın eks birinci xanimı, keçmiş dövlət katibi Hillari Klinton haqqında cinayət işi açıla bilər. Belə bir iddia ilə "Əl-Cəzirə Amerika” çıxış edib. Bildirilir ki, artıq FTB bu istiqamətdə araşdırmalara başlayıb və cinayət işinin yaxın zamanlarda açılması istisna olunmur. Məsələ burasındadır ki, xanim Klinton dğvlət katibi vəzifəsində olarkən bəzi hallarda işlə bağlı yazışmalarını şəxsi poçt qutusu vasitəsilə aparib ki, bu da, iddialara görə, bir sıra məxfi informasiyaların kənara sızmasına səbəb olub. "Kommersant.ru”nun artıq xəbər verdiyi kimi, ABŞ Dövlət Departamenti 60 belə məktub aşkarlayıb. " Dövlət Departamenti məxfi informasiyaların yer aldığı , xanım Klintonun şəxsi poçt qutusu ilə göndərdiyi 60 belə məktub aşkarlayıb”- deyə Dövlət Departamentindən bildiriblər. O da bildirilir ki, bu məktubların bir çoxunun üzərinə "konfidensial” sözü yazılsa da, onun məxfilik səfiyyəsi yetərli sayılmır. Belə məktubların sayının artmasını istisna etməyən təhqiqat qrupu onlardan yalnız birinin "məxfi” qrifi ilə göndərildiyini bildirib.
Bu arada ABŞ prezidentliyi uğrunda mübarizə isə yeni sürprizlər vəd etməyə başlayıb. Respublikaçılar cəbhəsində Donald Trampln namizədliyini verməsilə Ceb Buşa ciddi rəqib kimi ortaya çıxmasının ardından demokratların da öz intriqası yaranıb. Belə ki, bu günlərdə Co Baydenin yaxın ətrafının onun 2016-cı il prezident seçkilərinə qatıla biləcəyi barədə KİV-də yer alan xəbərləri gündəmi qarışdırıb. Co Baydenin təcrübəsi və nüfuzu nəzərə alınarsa, onun seçkilərə qatılması ilə kampaniyanın favoriti olacağı, beləliklə də xanım Klintonun prezidentliyə gedən yolunda ciddi əngələ çevriləcəyi istisna olunmur.
Baki-xeber.com