Ağ Ev sentyabrda Nyu Yorkda BMT Baş Assambleyasının gedişində prezidentlər səviyyəsində ABŞ – Rusiya görüşməsinin baş tutma ehtimalını şərh etməyib. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən xəbər verir. "Bş Assambleya günlərində ABŞ prezidentinin qrafiki hələlik müəyyən olunmayıb, o üzdən hazırda biz heç bir tədbir haqqında məlumat verə bilmirik”- deyə "Sputnik” agentliyinə ABŞ prezident administrasiasının sözçüsü bildirib.
Qeyd edək ki, daha öncə Rusiya xarici işlər naziri Sergey Lavrov "amerikalı kolleqalarımız bizə ünsiyyəti davam etdirməklə bağlı siqnallar göndərir”- demişdi və bildirmişdi ki, "Onlar (ABŞ) tərəfindən belə bir təklif olarsa, düşünürəm ki, prezidentimiz bu məsələyə konstruktiv yanaşacaq”.
Bu arada S.Lavrov Putinin BMT Baş Assambleyasının işində iştirak edəcəyini təsdiqləyib.