Bu gecə Dağıstanda polis naryadıa hücum edən üç nəfər naməlum şəxs məhv edilib. Baki-xeber.com RİA "Novosti" agentliyinə istinadən bu barədə xəbər verir. Respublika daxili işlər nazirliyindən bildirildiyinə görə, hadisə yerli vaxtla təxminən saat 22:15 radələrində Dərbəndlə Tabasaran rayonlarının sərhədində baş verib. Hadisə şahidlərinin bildirdiyinə görə, üç nəfər avtomobildə hərəkət edərək polis naryadını atəşə tutub və cavab atəşilə məhv ediliblər. Xəbərdə o da bildirilir ki, atışma nəticəsində avtomobil yandığından, hücum edənlərin şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb. "İlkin ehtimala görə, avtomobildə üç nəfər olub, onların əxsiyyəti yaxın zamanlarda müəyyənləşdiriləcək. Polislər arasında xəsarət alan yoxdur”- deyə daxili işlər orqanının əməkdaşı bildirib.