Misir paytaxtının mərkəzində törədilən partlayış 23 nəfərin xəsarət almasına səbəb olub. Bu barədə baki-xeber.com TASS xəbər agentliyinə istinadən məlumat verir. İnsident Qahirənin Şubra əl-Heym rayonunda təhlükəsizlik idarəsinin binası qarşısında baş verib. Nəticədə binanın bir hissəsi dağılıb, partlayış dalğasından yaxınlıqdakı binaların şüşələsi sınıb. Son məlumatlara görə, Misir polisinin 6 əməkdaşı da xəsarət alanlar sırasındadır. "Naməlum şəxs qəfil avtomobili binanın qarşısında saxlayıb nəqliyyat vasitəsini tərk etdi və motosikletə minərək burdan uzaqlaşdı. Bundan sonra avtomobildə partlayış baş verdi”- deyə daxili işlər orqanlarının əməkdaşı bildirir.
Yerli mətbuatın xəbərinə görə, təkcə avqustun 20-nə keçən gecə Qahirədə üç partlayış baş verib. Hüquq-mühafizə orqanları hər üç hadisədə partlayıcı qurğunun avtomobillərdə yerləşdirildiyini güman edir. Hələlik hadisənin məsuliyyətini heç bir terror qruplaşması üzərinə götürməyib.