Rusiya xarici işlər naziri Sergey Lavrov prezident Vladimir Putinlə ABŞ prezidenti Barak Obamanın görüşünün ola biləcəyini istisna etmir. Lakin bunun üçün o, "ilk siqnalı" ABŞ-dan gözləyir. Bu barədə baki-xeber.com TASS xəbər agentliyinə istinadən bildirir.
"Biz düşünürük ki, amerikalı kolleqalarımız aramızda ünsiyyəti saxlamaq üçün bizə siqnal göndərməkdə davam edirlər. Onlar tərəfindən belə bir təklif olarsa, düşünürəm ki, prezidentimiz bu məsələyə konstruktiv yanaşacaq”- deyə o, jurnalistlərə açıqlamasında bildirib.
Ekspertlər Lavrovun bu aşıqlamasını Rusiyanın ABŞ-la bağlı mövqeyində yumşalma kimi xarakterizə edir və bunu əslində belə bir görüşün baş tutması üçün mesaj olaraq dəyərləndirirlər.