Cümə axşamı günü, 05 noyabr 2026
     

Cəbhəboyu zonaya ezam ediləcək jurnalistlər MTN-nin rəyi əsasında Müdafiə Nazirliyində akkreditə ediləcəklər

Image


Nazirlər Kabineti "Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nı təsdiq edib. APA-nın məlumatına görə, bu Qayda jurnalistlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikasının Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (cəbhəboyu zona) akkreditasiyası, o cümlədən kütləvi informasiya vasitələri ( KİV) nümayəndələrinin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını müəyyən edir.

KİV Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən müəyyən edilmiş akkreditə qaydasına riayət etməklə öz nümayəndələrini akkreditə edə bilər. Akkreditə edilmiş jurnalistə qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və digər tədbirlər barədə əvvəlcədən məlumat verilir, onun stenoqramlarla, protokollarla və müvafiq sənədlərlə tanış olması üçün şərait yaradılır. Yalnız rəsmi qeydiyyatdan keçmiş və ya uçota alınmış dövri mətbu nəşrlər, teleradio yayımçıları, informasiya agentlikləri, internet və digər yayım formaları, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan və ya daimi nümayəndəliyi olmayan və 15 (on beş) gün müddətinədək ezam olunmuş xarici KİV nümayəndələri akkreditə olunurlar. Nümayəndələrinin akkreditə olunması üçün müraciət edən yerli KİV KİV rəhbərinin rəsmi müraciətini (müraciət rəsmi möhürlə möhürlənməlidir), təsisçi haqqında məlumatı, akkreditə olunacaq əməkdaşların tərcümeyi-halını, akkreditə olunacaq əməkdaşların 2 ədəd fotoşəklini (3x4), akkreditə olunacaq əməkdaşların şəxsiyyət vəsiqələrinin və xidməti vəsiqələrinin surətini, KİV orqanının ünvanı, əlaqə telefonları, internet saytı, elektron poçt ünvanı, rəhbərlərinin telefon nömrələri haqqında məlumatı Müdafiə Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan xarici KİV isə daimi nümayəndəliyin rəhbərinin rəsmi müraciətini, Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditə kartlarını, akkreditə olunacaq əməkdaşların pasportlarının (bütün vərəqləri daxil olmaqla) və xidməti vəsiqələrinin surətini, akkreditə olunacaq əməkdaşların 2 ədəd fotoşəklini (3x4), akkreditə üçün doldurulmuş anket formasını Müdafiə Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan və 15 (on beş) gün müddətinədək ezam olunmuş xarici KİV nümayəndələri isə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan KİV rəhbərinin rəsmi müraciətini, Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditə kartlarını, akkreditə olunacaq əməkdaşların pasportlarının (bütün vərəqləri daxil olmaqla) və xidməti vəsiqələrinin surəti, akkreditə olunacaq əməkdaşların 2 ədəd fotoşəklini (3x4), akkreditə üçün doldurulmuş anket formasını Müdafiə Nazirliyinə təqdim edir. Akkreditasiyanın müddəti 1 ildir.

Qaydaya əsasən, KİV əməkdaşlarının akkreditə olunacaq sayları ilə əlaqədar hədlər də müəyyənləşdirilib. Televiziya - 2 çəkiliş qrupu (jurnalist, operator və texniki işçi), radio - 2 jurnalist, informasiya agentliyi - 2 jurnalist və 2 fotoqraf, dövri mətbu nəşr - 2 jurnalist və 2 fotoqraf, internet informasiya ehtiyatı - 1 jurnalist, digər yayım formaları - 1 jurnalist akkreditə etdirə bilər. Akkreditasiya üçün təqdim edilmiş sənədlərə daxil olduğu gündən 15 gündən artıq olmamaq şərtilə Müdafiə Nazirliyində baxılır. Müraciətə baxılarkən 7 gün müddətində Milli Təhlükəsizlik Nazirliyindən rəy alınır və bundan sonra müvafiq qərar qəbul edilir. Akkreditə olunmuş jurnalistlərə akkreditə kartları verilir.

Akkreditasiya hər ilin dekabr ayında həyata keçirilir. KİV-in müraciətinə əsasən, akkreditəolunma ilin digər vaxtlarında da keçirilə bilər. Dövlətin bütövlüyünə, ölkənin təhlükəsizliyinə və ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar, kütləvi iğtişaşlara çağırışlar, habelə pornoqrafik materiallar dərc etdikdə (efirə verdikdə), milli, dini, dil, irqi, sosial ədalətsizliyi, yaxud dözülməzliyi təbliğ etdikdə, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, habelə akkreditə edən təşkilatın şərəf və ləyaqətini ləkələyən, yaxud onun haqqında yalan və qərəzli yazılar, təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yaydıqda və bu məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edildikdə, KİV məhkəmənin qərarı ilə qərəzli yazılara görə son 1 il məsuliyyətə cəlb olunduqda, "Dövlət sirri haqqında” qanununun tələblərini yerinə yetirmədikdə, əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə, kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadəyə görə son 1 il müddətində inzibati məsuliyyətə cəlb edildikdə, KİV-in xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanunazidd şəkildə maliyyələşdirildiyi müəyyənləşdirildikdə, bunlar akkreditədən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinin tələblərini pozduqda, nümayəndənin akkreditə edilmiş KİV-lə olan əmək münasibətlərinə xitam verildikdə, KİV-in fəaliyyəti dayandırıldıqda və ya xitam verildikdə KİV nümayəndələrinin akkreditəsi ləğv olunur.

Akkreditə edilmiş KİV nümayəndələrinin cəbhəboyu zonaya ezam edilməsi üçün müvafiq KİV rəhbəri Müdafiə Nazirliyinə hər ezamiyyət üçün ayrıca yazılı müraciət edir. Müraciətlərə 5 gün müddətində baxılır. Müdafiə Nazirliyi jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətlərini öz təşəbbüsü ilə də təşkil edə bilər. Müdafiə Nazirliyi tərəfindən KİV nümayəndəsinin ezam olunmasına icazə verilməsi barədə qərar qəbul edildikdən sonra KİV orqanı ilə səfərin tarixi, mövzusu, ezam olunacaq nümayəndənin soyadı, adı və atasının adı, əlaqə telefonları və digər məlumatlar bir daha dəqiqləşdirilir. KİV nümayəndəsi Müdafiə Nazirliyinin akkreditə kartı və icazə məktubu əsasında cəbhəboyu zonaya buraxılır. KİV nümayəndələri hərbi hissənin səlahiyyətli şəxsinin müşayiəti ilə hərbi hissə komandiri (rəis) tərəfindən qəbul edilir. Komandir (rəis) komanda üzrə aidiyyəti olan şəxsləri məlumatlandırıb onların jurnalistlərlə görüşünü təşkil edir və foto-video çəkilişlərinin aparılması üçün lazımi şəraitin yaradılması ilə əlaqədar tapşırıqlar verir. Komandir (rəis) çəkilişlər zamanı hərbi sahədə dövlət sirri təşkil edən məlumatların, o cümlədən hərbi hissənin nömrəsi, təyinatı, dislokasiya yeri, hərbi texnikanın bort nömrəsi, dövlət qeydiyyat nişanları, sayı, müdafiənin ön xəttindəki səngərlər və qarşı tərəfin mövqeləri, məxfi xəritələr, ərazinin maketi, vəzifəli şəxslər haqqında fərdi məlumatların və digər həssas informasiyanın yayılmasının yolverilməzliyini KİV nümayəndələrinin diqqətinə çatdırır. Bu tələbləri pozan KİV nümayəndələrinin xidməti ezamiyyətləri dayandırılır, onların cəbhəboyu zonanı tərk etməsi təşkil olunur və akkreditəsi ləğv edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ