"İslam dövləti” terror təşkilatının üzvləri YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilmiş Palmira antik kompleksinin səlahiyyətli şəxsi Xalid Əsədi qətlə yetirib. Bu barədə baki-xeber.com "Bi-bi-ci”-yə istinadən xəbər verir. 82 yaşlı Xalid Əsəd çoxlu sayda elmi işin müəllifi idi və 50 ildən artıq idi ki, Palmirada işləyirdi. Ailə üzvlərinin dediyinə görə, onun başsız cəsədi Palmiranın mərkəzi meydanında sütuna bağlanmış halda aşkarlanıb.
Qeyd edək ki, bu mədəniyyət abidəsi artıq bir müddətdir İŞİD terrorçularının əlindədir.