Türkiyə XİN-in Nuri əl-Malikinin Türkiyəyə yönəlik suçlamalarına cavabı özünü çox gözlətməyib. Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç İraqın keçmiş xarici işlər nazirinin Türkiyəyə yönəlik ittihamlarına sərt sözlərlə cavab verib. Əl-Malikini İraqın bugünkü bərbad durumunun "baş memarı” adlandiran XİN yetkilisi onun Tehran konfransında Türkiyəni İŞİD-ə dəstək verməkdə suçlamasını ciddiyə alınmayacaq qədər gülməli fikir adlandırıb. Adıçəkilən şəxsin Mosul İŞİD-in əlinə keçərkən baş nazir olduğuna diqqət çəkən Türkiyə XİN rəsmisi Nuri əl-Malikinin 70000-lik İraq ordusu əmrində olduğu halda 1500 İŞİD-çinin qarşısında duruş gətirə bilməyib Mosulu təslim edərək ölkədən qaçdığını xatırladıb, Türkiyənin anti-İŞİD beynəlxalq koalisiyasına qoşulmaqla təkcə özünün deyil, İraqın da təhlükəsizliyinin təmin olunmasına yönəlik fəaliyyət göstərdiyini bir daha xatırladıb.
Qeyd edək ki, İraqın keçmiş baş naziri Nuri əl-Maliki Tehran konfransında çıxışında Türkiyəni İŞİD-in yaradıcısı adlandıraraq, İŞİD planlarının Ankara və İstanbulda cızıldığını iddia edib.