Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət formalaşdırmaq səlahiyyətinin baş nazir Əhməd Davudoğludan alınması barədə qərar qəbul edib. Bu barədə baki-xeber.com Türkiyə mətbuatına istinadən bildirir. Beləliklə, AKP sədri və baş nazir Əhməd Davudoğlu CHP və MHP ilə görüşlərdə koalisiya hökumətinin qurulması ilə bağlı razılaşma əldə edə bilməməsi səbəbindən 9 iyul tarixində ona verilən hökumət qurma vəzifəsini bu axşam təhvil verib. Prezidentin qərarında Davudoğlunun bu işin öhdəsindən gələ bilmədiyi qeyd olunur. Artıq önümüzdəki həftədə prezident Ərdoğanın Məclis başqanı İsmət Yılmazla danışaraq təkrar seçki barədə qəti qərar verəcəyi gözlənir.