150-yə yaxın dinc sakin "Boko-Haram” radikal dini qruplaşmasının hücumu nəticəsində həyatını itirib. Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, hadisə Nigeriyanın şimal-şərqində Yobe ştatının Kukuva-Qari kəndində baş verib. Xəbərə görə, onların bir çoxu ekstremistlərdən qaçmaq istərkən çayda batıb, qaça bilməyənlə isə radikallar tərəfindən qətlə yetirilib. Əslində faciə ötən həftənin cümə axşamı günü baş verib, lakin bu barədə yalnız indi məlumat əldə olunub. Buna səbəb estremistlərin kəndin telefon ğtürücü qovşağını sıradan çıxarması olub.
"Boko=Haram” əsasən Nigeriyanın şimal və şimal-şərq əyalətlərini qorxu altında saxlasa da, qonşu Niger, Çad və Kameruna da hücumlar edir. Bu ilin martında isə qruplaşma "İslam dövləti”nə sədaqət andı içib. Yarandığı 2009-cu ildən "Boko-Haram” Nigeriyada 15 min insanın ölümünə səbəb olub, 1,5 milyon insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.
.