Cümə axşamı günü, 05 noyabr 2026
     

Əli Həsənov Türk dünyasının vahid informasiya siyasətinin taktiki və strateji hədəflərini aydın ifadə etdi

Image


"İlk növbədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bugunkü iclasının iştirakçılarını səmimiyyətlə salamlayırıq. Eyni zamanda, bu toplantının yüksək səviyyədə təşkil olunmasına görə Qazaxıstan tərəfinə təşəkkür edirik. Əminik ki, iclasda aparılan müzakirələr və qəbul olunan qərarlar ölkələrimiz arasında informasiya sahəsində əməkdaşlığın inkişafına, media qurumlarının əlaqələrinin güclənməsinə, informasiya mübadiləsinin çevik və səmərəli təşkilinə müsbət təsir göstərəcəkdır".

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclasında çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Adminstrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov qeyd edib ki, türk dünyasının inteqrasiya prosesində özünəməxsus yeri olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası uğurlu birlik modeli kimi artıq özünu təsdiq edib: "Bu təşkilat həm də ölkələrimizi narahat edən mürəkkəb qlobal və regional geosiyasi prosesləri, mövcud problemləri müzakirə etmək, çıxış yolları axtarmaq və adekvat addımlar atmaq üçün olduqca vacib platformadır".

PA rəsmisi çıxışında vurğulayıb ki, hazırda beynəlxalq aləmdə və regionumuzda sabitliyə zərbə vuran bəzi neqativ proseslərin, həm də Türk dünyasında asayişə, sülh və əmin-amanlığa təhlükə yaratması bizi narahat etməyə bilməz: "Qardaş Türkiyənin qarşı-qarşıya qaldığı İŞİD və PKK terroru, hərbi-təcavüzkar ölkə olan Ermənistanın Azərbaycanın tarixi torpaqlarını işğal etməsi, hələ də öz həllini tapmamış Dağlıq Qarabağ münaqişəsi, digər bu kimi geosiyasi problemlər Türk dunyasında davamlı sülhün və təhlükəsizliyin təmin olunması naminə səylərimizin vahid məqsəd uğrunda səfərbər edilməsini zərurətə çevirən vacib faktorlardandır".

Ə.Həsənov deyib ki, hal-hazırda antitürk, islamofob dairələrin təsirində olan bəzi beynəlxalq media resursları birmənalı şəkildə qərəzli mövqe nümayiş etdirir, müəyyən siyasi qrupların göstərişləri ilə hərəkət edirlər: "Xüsusən 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunları ərəfəsində və yarışlar dövründə bu kimi beynəlxalq media vasitələrində ölkəmizə qarşı ardıcıl şəkildə qərəzli materialların yayımlanması müasir dövrdə informasiyadan daha çox siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunu bir daha sübut etmişdir. Təəssüflə qeyd etməliyəm ki, regionda əməkdaşlığın, sülhün və əmin-amanlığın tərəfdarı olan Azərbaycanın qısa müddətdə sosial-iqtisadi və siyasi sahədə əldə etdiyi böyük uğurlar dünyanın bir sıra aparıcı media resurslarının səhifələrinə çətinliklə yol tapır. Bundan başqa, bir müstəqil dövlət olaraq qazandığımız uğurların miqyası genişləndikcə, bəzən müəyyən mətbuat orqanlarında bizə qarşı qərəzli, saxta ittihamlara əsaslanan hücumlar təşkil edilir".

Ə.Həsənov əminliklə deyib ki, oxşar problemləri olan digər türkdilli ölkələr də eyni münasibətlə qarşılaşırlar: "Özünün iqtisadi-siyasi tərəqqisi ilə dünyanın bir çox aparıcı ölkəsini geridə qoymuş Türkiyəyə qarşı dünya mediasında zaman-zaman aparılan çirkin kampaniya bunun bariz sübutudur. Bu gün qondarma və saxta soyqırım iddiaları ilə Türkiyənin üzərinə hücuma keçən beynəlxalq media qurumları 1992-ci ildə Azərbaycanda ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımı mövzusunda susur. Alternativ media resurslarının az olması isə bizim əks-tezislərlə çıxış etmək imkanımızı məhdudlaşdırır. Eyni mənzərəni Türk dünyasının tərkib hissəsi olan Qazaxıstan, Qırğızıstan və digər qardaş ölkələrlə bağlı müəyyən hadisələrin dünya ictimaiyyətinə təqdim edilmə formasında da müşahidə edirik".

Prezidentin köməkçisi qeyd edib ki, bu ilin sonlarında Türkiyə G-20 liderlərinin onuncu sammitinə, 2017-ci ildə Azərbaycan İslam Həmrəylik Oyunlarına, Qazaxıstan isə "Kazakhstan Expo" kimi dünya miqyaslı tədbirlərə ev sahibliyi edəcək: "Ənənəvi olaraq bəzi Qərb təşkilatları və media qurumları tərəfindən ölkələrimizə qarşı etimadsızlıq mühitinin yaradılması cəhdlərinin yeni mərhələsinə start veriləcəyini gözləmək olar. Dili, dini, etnik mənsubiyyəti eyni olan Türkdilli dövlətlərə qarşı ararılan oxşar, sistematik kampaniyalar belə düşünməyə əsas verir ki, bu fəaliyyətlər eyni mərkəzdən idarə olunur və vahid məqsədə - ölkələrimizin inkişafına, birlik və bərabərliyinə mane olmağa xidmət edir. Bu faktlar Türkdilli dövlətlər arasında həmrəyliyin gücləndirilməsi ilə yanaşı, informasiya sahəsində qarşılıqlı əlaqələrın genişləndirilməsinə, dünya ictimaiyyətində ölkələrimiz haqqında düzgün təsəvvürün yaranması üçün qlobal informasiya şəbəkəsinə obyektiv məlumatların ötürülməsinə böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq edir".

PA rəsmisinin sözlərinə görə, nəzərə alınmalıdır ki, vahid informasiya məkanının mövcud olduğu müasir dövrdə informasiya dövtətlərarası münasibətlərin inkişafında mühüm amilə çevrilmiş, həmçinin ictimai fikrin formalaşması və ifadə olunmasını təmin edən təsirli vasitə kimi medianın əhəmiyyəti daha da yüksəlmişdir: "Buna görə də real şəraitə uyğun informasiya siyasətinin formalaşdırılması, qlobal şəbəkədə prioritetlərin müəyyənləşdirilməsi, cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsi hər bir dövlətin, o cümlədən Türkdilli dövlətlərin həyatında vacib rol oynayır. Bütun bunları nəzərə alaraq, hesab edirik ki, Türkdilli dövlətlərin informasiya vasitələrində qarşılıqlı əlaqənin və həmrəyliyin təmin olunması, bu məqsədlə media qurumlarının fəaliyyətinin koordinasiya edilməsi, birgə media təsisatlarının yaradılması, ölkələrimizin maraqları naminə dünyanın aparıcı KİV-ləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və digər bu kimi tədbirlər hazırda da öz aktuallığını saxlamaqdadır. Bu baxımdan bu gün imzalanması nəzərdə tutulan "Türkdilli dövlətlərin milli televizlya kanalları arasında əməkdaşlıq protokolu” və "İnformasiya agentlikləri arasında anlaşma memorandumu” mühüm əhəmiyyət kəsb edir".

Ə.Həsənovun sözlərinə görə, qlobal informasiya məkanına sərbəst çıxışın təmin edilməsi və birgə fəaliyyətin təşkili, ölkələrimizə qarşı aparılan qarayaxma kampaniyalarının qarşısının alınmasında qüvvələrimizin birləşdirilməsi və Türkdilli dövlətlərin qərəzli transmilli media şirkətlərindən asılılığına son qoyulması məqsədi ilə arternativ informasiya mənbəyinin - Beynəlxalq Türk Xəbər Kanalının yaradılması təşəbbüsü ölkələrimiz üçün tarixi əhəmiyyətə malik vacib məsələlərdən biri olmaqla yanaşı, Turk dünyasınının mərkəzləşmiş xəbər siyasətinin də formalaşmasına önəmli töhfə verə bilər: "Bu sahədə əldə etdiyimiz müəyyən təcrübələr - Türkdilli Xəbər Agentlikləri Birliyinin və daha çox Türk xalqlarının milli-mədəni dəyərlərinin təbliği ilə məşğul olan TRT AVAZ kanalının uğurlu fəaliyyəti bizə belə düşünməyə əsas verir ki, Beynəlxalq Türk Xəbər Kanalının yaradılması Türkdilli dövlətlərin informasiya siyasətində daha məhsuldar bir dövrün başlanğıcı olacaqdır".
***

Əli Həsənov qeyd edib ki, Beynəlxalq Türk Xəbər Kanalının yaradılmasının əsasında nəinki regionda, eləcə də bütün dünyada baş verən hadisələrə operativ reaksiya verilməsi üçün türk dünyasında ümumi informasiya məkanının qurulması ehtiyacı dayanır.

Ə.Həsənov bildirib ki, kanalın Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təklifi ilə yaradılma ideyası türk dövlətlərinin liderləri tərəfindən dəstəklənmişdi.

PA rəsmisi deyib ki, yeni kanal xəbərlər və informasiya sahəsində inhisara müqavimət göstərməyə imkan verəcək, baş verən hadisələrlə bağlı öz versiyasını təqdim edəcək.

Ə.Həsənov qeyd edib ki, kanalın yaradılması ilə bağlı Astanada Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında birgə sənəd imzalanıb: "Hesab edirik ki, indi dövlətlərimizin informasiya və KİV sahəsində əməkdaşlığını gücləndirmək, xüsusilə milli kanallar və informasiya texnologiyaları arasında anlaşma memorandumun imzalanması zamanıdır. Bu baxımdan bu sahədə atılan addımlar və işlərin koordinasiyası bizim üçün çox mühüm məsələdir. Burada təmsil olunan 4 türkdilli dövlət birgə xəbər kanalı yaratmaq qərarına gəlib”.

PA rəsmisi çıxışında vurğulayıb ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev bu təşəbbüsü dəstəkləyir. Azərbaycan türkdilli dövlətlərlə informasiya agentliklərinin, milli kanalların fəaliyyətinə ümumi qazanc gətirmək üçün iqtisadi, ictimai-siyasi sahədə bütün mövcud təcrübəsini bölüşməyə hazırdır.

Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, kanal yaradılandan sonra türk dünyasının beynəlxalq ictimaiyyətin gözündə nüfuzunun artacağına əmindir, birgə kanalın yaradılması isə regionda və dünyada baş verən hadisələrə müsbət təsir göstərəcək.

Ə.Həsənov qeyd edib ki, Beynəlxalq Türk Xəbər Kanalı nəinki bu kanalı yaradan 4 ölkədə, eyni zamanda, Rusiya, İran kimi qonşu dövlətlərdə də baş verən hadisələri obyektiv və müstəqil şəkildə işıqlandıracaq.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ