Ucarda ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə Ucar-Zərdab yolunun 3-cü kilometrliyində, Ucar rayonunun Qarabörk kəndi ərazisində qeydə alınıb. Ucar rayonu Qazyan kənd sakini, 1974-cü il təvəllüdlü Əhədov Səbuhi Əlisaab oğlunun idarə etdiyi BMW markalı avtomobil aşıb. Nəticədə S. Əhədov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.