Misirin birinci xanımı, prezident Abdel Fattah əl Sisinin həyat yoldaşı İntizar əl Sisi bu günlərdə İsmailiyyə buxtasında yeni Süveyş kanalının açılışında publika qarşısına çıxıb. Çox nadir hallarda cəmiyyətdə görünən İntizar əl Sisi sonuncu dəfə 2014-cü ildə həyat yoldaşının inauqurasiya mərasimində iştirak edib.Onun, adətən, belə mərasimlərə çox nadir hallarda qatıldığı bildirilir. Yeni Süveyş kanalının açılış mərasimində iştirak edən xanım əl Sisi ciddi geyimi və az qala üzünü gizlədən iri eynəyi ilə diqqət çəkib.
Baki-xeber.com