Azərbaycan, Türkiyə və Gürcüstan xarici işləri nazirlərinin növbəti görüşü bu ilin noyabrında keçiriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.
Onun sözlərinə görə, görüşdə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.