Cümə günü, 06 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Leyla və Arif Yunusların cinayət əməlləri məhkəmədə tam sübuta yetirildi
Tarix: 07.08.2015 / 03:38
Bölmə: Gündəm
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə müxtəlif cinayət əməllərində şübhəli bilinən Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun məhkəmə prosesi davam etdirilib.
Proses başladıqdan sonra dövlət ittihamçısı geniş ittiham nitqi ilə çıxış edərək ibtidai istintaq zamanı L.Yunus və A.Yunusun cinayət əməllərinin tam təsdiqini tapdığını bildirib. Qeyd edilib ki, L.Yunus Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda təşkilatına sədr müavini təyin olunmasına dair hər hansı rəsmi sənədi müvafiq orqanlara təqdim etmədən qurumun "Unibank"dakı hesablaşma hesabları üzrə əməliyyatları həyata keçirməyə səlahiyyət verən 04 iyun və 21 noyabr 2002-ci il tarixli "İmza və möhür nümunələri vərəqəsi"ndəki şəxsi imzasını notarial qaydada təsdiqlədib. Daha sonra isə o, çek kitabçasının verilməsinə dair rəsmi sənədin məzmununa guya həmin QHT-nin direktoru olması barədə yalan məlumatlar daxil edib, imzalayıb və banka verərək çek kitabçaları alıb. Təsisçisi və sədri olduğu, lakin dövlət qeydiyyatına alınmamış Sülh və Demokratiya İnstitutunun layihələri üzrə bir neçə donor təşkilatı ilə qrant müqaviləsi bağlayan L.Yunus onları müvafiq icra hakimiyyəti orqanında qeydiyyata aldırmayıb və görülmüş işlərə görə vergiləri ödəməmək üçün Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda təşkilatının adına rəsmiləşdirməklə 159.842,29 manat, 580.978,94 ABŞ dolları, 241.338,49 avro məbləğində pul vəsaitlərinin qurumun bank hesablarına köçürülməsini təmin edib. Daha sonra isə o, "Mühasibat uçotu haqqında" Qanunun tələblərini kobud şəkildə pozaraq həmin pul vəsaitlərinin konvertasiya nəzərə alınmaqla 172.959 manat, 596.990 dollar, 262.432,5 avro məbləğində hissələrini kassa çek vərəqləri ilə nağdlaşdırıb və çıxarıb. Bununla da L.Yunus dövlət orqanlarında qeydiyyata alınmayan qrant müqavilələri üzrə 526.943 manat məbləğində gəlir əldə edib. Lakin o, Vergi Məcəlləsinin 83.9, 101.1, 150.1.7, 159.1, 161.1-ci maddələrinə uyğun olaraq 369.378 manat (136.727,15 manat əlavə dəyər vergisi, 25.319,84 manat mənfəət vergisi, 207.331,52 manat ödəmə mənbəyində tutulan vergi) miqdarında vergiləri ödəməkdən yayınıb. Dövlət ittihamçısı bildirib ki, L.Yunus qanunsuz sahibkarlıq fəaliyyəti göstərməklə dövlətin və Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda təşkilatının mənafelərinə zərər vurub.
Eyni zamanda, L.Yunus əri Arif Yunusla əlbir olaraq 3 xarici donor təşkilatı tərəfindən 2009-2012-ci illər ərzində Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda təşkilatının "Unibank" ASC-də yerləşən 2 hesablaşma hesablarına köçürülmüş 88.910 ABŞ dolları məbləğində pul vəsaitinin 88.468 ABŞ dolları məbləğində hissəsini saxta sənədlərlə nağdlaşdırıb. Bundan sonra L.Yunus həmin pulu 3 dəfəyə (20.000, 31.000 və 20.000 dollar - cəmi 71.000 dollar) özünün həmin bankdakı iki hesabına mədaxil edib. 2014-cü il aprelin 14-də isə üzərinə gələn faizlərlə birlikdə 78.130,42 ABŞ dolları məbləğində nağd pulu şəxsi hesablarından çıxararaq A.Yunusun "Unibank"dakı hesabına mədaxil edib və dərhal da Praqa şəhərində yerləşən "Sberbank CZ" kommersiya bankındakı şəxsi bank hesabına köçürüb. Beləliklə, L.Yunus donor təşkilatların Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda təşkilatının hesabına köçürdüyü 78.130,42 dolları etibardan sui-istifadə etməklə ələ keçirib. Məhkəmə araşdırması zamanı L.Yunusun bu dələduzluq əməlləri faktlarla sübuta yetirilib.
Dövlət ittihamında Leyla və Arif Yunusların cinayət əməllərini təsdiq edən sənədlərin siyahısı isə həqiqətən də baş gicəlləndirir:
- onlarla şahid ifadələri;
- məhkəmə-xətşünaslıq, məhkəmə-mühasibatlıq və məhkəmə-sənədlərin texniki ekspertizasının rəyləri;
- bütün fəaliyyət dövrləri üzrə donor təşkilatları tərəfindən ayrılmış qrant vəsaitlərinə dair aparılmış əməliyyatların qanunsuz olduğunu təsdiq edən sənədlər;
- vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması faktları və buna dair Vergilər Nazirliyinin, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının səlahiyyətli nümayəndələri ilə birlikdə Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlamasının nəticələrinə dair akt;
- məhkəmə qərarları əsasında "Unibank"dan götürülmüş Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyətinin, Leyla Yunus və Arif Yunusun bank hesablarının açılma ərizələri, imza və möhür nümunəsi vərəqləri, məxaric orderləri, çek kitabçaları barədə ərizələr, müqavilələr, çeklər, fərdi sahibkarların (fiziki şəxslərin) imza nümunələri vərəqləri, L.Yunusun Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyətinin direktoru və rəhbəri kimi "Unibank" ASC-nin "STB" filialına ünvanlanan müraciətləri, hesablardan çıxarışlar, "Accessbank" Açıq Səhmdar Cəmiyyətindən L.Yunus və A.Yunusun şəxsi hesablarına dair müqavilələr, ödəmə tapşırıqları və digər bank sənədləri;
- Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyətinin təsis, qeydiyyat və qeyri-hökumət təşkilatı kimi fəaliyyətinə dair sənədlər, baxış, axtarış və götürmə protokolları;
- Vergilər Nazirliyinin Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyətinin vergi ödəyicisi kimi uçotda durmaqla VÖEN-ə malik olması və öz fəaliyyəti barədə vergi orqanına "sıfır" hesabatlar təqdim etməsinə dair, o cümlədən L.Yunus və A.Yunusun vergi ödəyicisi kimi uçotda durmamasına dair sənədlər;
- təqsirləndirilən şəxslərin 2014-cü il mayın 28-də Bakı-Doha aviareysi ilə uçmaq istəyərkən saxlanan zaman hər ikisinin ölkəni tərk etmək niyyətini təsdiqləyən yeni pasportlar, 5 illik "Şengen" vizası, Moskva şəhərindən alınmış elektron biletlər;
- Arif Yunusun mülkiyyətində Türkiyənin Antalya ilə Manavgat ilçəsi Örenşehir kəndində 3.539,07 kvadratmetr ölçüyə malik daşınmaz əmlak və torpaq sahəsinin mövcudluğunu təsdiqləyən mülkiyyət şəhadətnaməsi;
- Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti, 125 saylı evin 4 nömrəli mənzilinə dair dövlət reyestrindən çıxarış;
- Çexiya Respublikasının Praqa şəhəri Letnani küçəsi 5057 ünvanda yerləşən mənzilə dair sənədlər;
- Arif və Leyla Yunusların Almaniyanın "Volksbank", Çexiyanın "Sberbank", Türkiyənin "Yapı Kredi" bank, Azərbaycanın "Accessbank", "Unibank" banklarında hesablarına dair maliyyə sənədləri;
- daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar;
- həmçinin istintaq qurumuna ünvanlanmış və məhkəmədə tədqiq edilən sair sənədlər L.Yunus və A.Yunusun əməllərində cinayət tərkibinin olduğunu təsdiq edən faktlar və sənədlərdir. Bütün bunlar Yunusova Leyla İslam qızının əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2-ci, Yunusov Arif Seyfulla oğlunun əməlində isə CM-nin 178.3.2-ci maddəsinin tərkib əlamətlərinin mövcud olmasını tam təsdiq edir.
Dövlət ittihamçısı CPM-nin 38-ci maddəsinə əsasən, Yunusova Leyla İslam qızının Azərbaycan Respublikası CM-nin 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 178.3.2-ci maddəsi ilə 9 il müddətinə azadlıqdan məhrum etmə, CM-nin 192.2.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə, CM-nin 213.2.2-ci maddəsi ilə 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə, CM-nin 320.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və CM-nin 320.2-ci maddəsi ilə 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, CM-nin 66-cı maddəsinə əsasən təyin edilmiş cəzaların toplanması aparılmaqla üzərində qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanmasını istəyib. Dövlət ittihamçısı həm də Yunusov Arif Seyfulla oğlunun CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş əmlakların iş üzrə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsini məhkəmədən xahiş edib.
Bundan sonra zərərçəkmiş şəxsin nümayəndəsi Şöhlət Allahmanov çıxış edərək dövlət ittihamçısının çıxışı ilə razı olmasını, sübutlarla yanaşı, L.Yunusun məhkəmə baxışı zamanı qeyri-etik davranışlarının da onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmasını istəyib.
Bundan sonra məhkəmə təqsirləndirilən şəxslərin müdafiəçilərinə çıxış etmək üçün söz verib. Müdafiəçilər müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilməsini xahiş etdiklərinə görə növbəti iclas avqustun 10-na saat 10:00-a təyin edilib.
Qeyd edək ki, ötən məhkəmə proseslərində L.Yunus bir neçə dəfə hay-küy salaraq məhkəmə prosesini pozmağa çalışıb. O, həmçinin, dövlət ittihamçısının çıxışına mane olmağa cəhd edib, hətta ona qarşı təhqiramiz ifadələr işlədib. Buna münasibət bildirən Strateji Araşdırmalar İnstitutunun (SAİ) rəhbəri, politoloq Ramiz Alıyev deyib ki, Leyla Yunus və onun kimi ölkəmizin imicinə və nüfuzuna xələl gətirmək üçün görəvləndirilən şəxslərin nə Azərbaycan qanunlarına, nə də dövlətimizin rəmzlərinə hörməti var.
Leyla Yunusun bundan öncə polis əməkdaşının üzərində Azərbaycan gerbi olan papağına əl ataraq yerə atdığını xatırladan politoloq deyib ki, bu qadın bütün hərəkətləri, fikirləri ilə Azərbaycanın dövlət rəmzlərinə, dövlətçiliyimizə hörmətsiz yanaşdığını ortaya qoyur: "Əlbəttə, bütün bunlar onları xaricdən idarə edən, maliyyələşdirən təşkilatlara, erməni lobbisinə və xarici xidmət orqanlarına hesablanmış addımlardır. Leyla Yunus kimiləri də bu cür addımları ilə göstərmək istəyirlər ki, onlar üçün nə qanun, nə də ölkə maraqlı deyil.
Əslində bu insanlar anlamır ki, məhkəməni və dövlət rəmzlərimizi təhqir etməklə nüfuzlarını bir az da düşürmüş olurlar. Guya bu insanlar qanunun aliliyini istəyir. Amma özləri qanunu pozur, qanunu tənzimləyən orqanları təhqir edirlər. Demokratiyadan danışırlar. Hansı demokratik cəmiyyətdə, dövlətdə qanunu təmsil edən qurumları və dövlət qulluqçularını təhqir etmək olur? Bu adamların əməlləri ilə bəyanatları üst-üstə düşmür".
Politoloq Leyla Yunusun narahatlığına səbəb olan amili də açıqlayıb: "Əslində Leyla Yunusun narahatlığı bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə əlaqədar himayədarları tərəfindən təxribatlara ayrılacaq maliyyə vəsaitindən kənarda qalması ilə bağlıdır".
Xəbər xidməti
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...
06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...
06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi
- Azərbaycanın postmüharibə taktikası...
06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir
06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı
- bəs gənclik, xalq-Prezident birliyi?...
06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq
- Əhliman Əmiraslanov yazır...
06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...
06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir
- Bakı-Ankara-Astana müstəvisində yeni proses...
06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...
06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər"
- Prezident İlham Əliyev
06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...
06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər
- VİDEO
06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi
06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...
06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...
06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı
MÜHÜM AÇIQLAMA...
06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq -
səbəb yenə Trampdan gəlir...
06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur”
- Peskov
06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı
06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...
06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi
- ruhdan düşmə, irəli get...
06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi
06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir
06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...
06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...
06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...
06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq
06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...
06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır
– Rusiyadan açıqlama gəldi...
06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
– Hakimdən açıqlama...
06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi
– fond qalmaqalı...
06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu
- zəmanət verilmədən görüş olmayacaq...
06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı
06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı
06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi
06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı -
“Yaralı heyvanı sağ qoymaq olarmı?”
06.11.2026 / 06:52
Fransa “dağılır” -
etirazlar yenidən ölkəni bürüdü
05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...
05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər
05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi
05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi
05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...
05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır...
Bu necə olub?...
05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir
- Britaniya kralı, ya baş nazir?
05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib
- FOTO
05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?
05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər
- çox qorxulu ehtimal...
05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var...
Kimlərdir?
05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır"
- Vüqar Rəhimzadə
05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır -
Kreml qəzəb püskürür...
05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi -
Ukraynaya şiddətli hücumlar başladı...
05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...
05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...
05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...
Həm də indi...
05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir
- Məskunlaşmanın əsas istiqamətləri...
05.11.2026 / 18:07
Fransa yenidən qarışdı
– iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...
05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi
- FOTO/VİDEO
05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı -
"Xəzər" yox, "Kaspian"?..
05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”
05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi –
"...belə bir prosedur yoxdur"...
05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı”
- Paşinyan
05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı -
vəziyyət 1950-ci illərlə müqayisə edilir...
05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...
05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib
05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi
05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı
05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...
05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub
- FOTO
05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...
05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...
05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...
05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
XƏBƏR ARXİVİ