Amerikalı milyarder, prezidentliyə Respublikaçılar partiyasından namizəd Donald Tramp seçkilərə müstəqil namizəd kimi qatıla biləcəyini istisna etmir. Baki-xeber.com-un Rusiya KİV-nə istinadən xəbərinə görə, bu barədə o, dünən Ohayo ştatının Klivlend şəhərində respublikaçı namizədlərin ilk geniş teledebatında bildirib. Teledebat zamanı Tramp aparıcının "partiyanın sonuncu namizədini dəstəkləməyə hazırsınızmı” sualına isə mənfi cavab verib və "hazırda mən üzərimə belə bir öhdəlik götürə bilmərəm”- deyə bildirib.
Trampdan əlavə respublikaçıların teledebatında Florida ştatının keçmiş qubernatoru Ceb Buş, Viskonsin ştatının qubernatoru Skott Uoker, senatorlar Ted Kruz, Rend Pol və Marko Rubio, neyrocərrah Ben Karson, Arkanzas ştatının keçmiş qubernatoru Mayk Hakabi, Nyu-Cersi ştatının qubernatoru Kris Kristi və Ohayonun qubernatoru Con Keysik iştirak edib.