Bu günlərdə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Kuala-Lumpurda keçirilən tədbirinə qatılan Rusiya Federasiyasının xarici işlər naziri maraqlı və gözlənilməz situasiya ilə üzləşib. Baki-xeber.com-un Rusiya KİV-nə istinadən xəbərinə görə, bu barədə özünün facebook səhifəsində Rusiya XİN mətbuat və ictimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Mariya Zaxarova yazıb. Onun bildirdiyinə görə, tədbir bitəndən sonra qala-şam yeməyinə dəvət olunublar. Onlar üçün ayrılmış stola yaxınlaşdıqda isə qəribə və gülməli mənzərə ilə qarşılaşıblar. Belə ki, Rusiya XİN rəhbəri üçün ayrılmış stolun üzərinə qoyulan kiçik lövhədə Sergey Lavrov deyil, "Seroja” sözü yazıldığını görüblər.
"Gün yaxşı nəticələrin əldə olunması ilə keçdi, sonu isə maraqlı oldu”- deyə Zaxarova yazır.