Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiya hökumətinin yaradılması üçün son şərtlərini irəli sürüb. Trend bu barədə "Kanal7” telekanalına istinadən xəbər verir.
Müxalifətin şərtlərindən biri odur ki, CHP deputatları xarici işlər və təhsil nazirliklərinə rəhbərlik etməlidir.